Bank Of Baku

Azərbaycanın olimpiya yığması yoldaşlıq görüşü keçirmək üçün rəqib axtarır

Azərbaycanın olimpiya yığması yoldaşlıq görüşü keçirmək üçün rəqib axtarır
# 21 fevral 2007 13:42 (UTC +04:00)
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası (U-21) martın 19-dan 27-dək təlim məşq toplantısına yığışacaq. Bu haqda “APA-Sport” agentliyinə olimpiya yığmamızın baş məşqçisi Şakir Qəribov məlumat verib. Baş məşqçinin sözlərinə görə, toplanış çərçivəsində qonşu ölkələrdən biri ilə yoldaşlıq görüşünün keçirilməsi mümkündür: “Bu məqsədlə İran, Gürcüstan və Rusiya Futbol Federasiyaları ilə əlaqə saxlayırıq. Danışıqlarımız baş tutsa, bu ölkələrdən biri ilə yoldaşlıq görüşü keçirəcəyik”.
Qeyd edək ki, olimpiya yığmamız ilk təlim-məşq toplantısı martın 5-dən 21-dək Bakıda olacaq. Toplanış çərçivəsində yeniyetmələrimiz martın 7-si, 9-u və 11-də adları hələ bəlli olmayan yerli klublarla yoxlama görüşlərində qüvvəsini sınayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR