Bank Of Baku

Özbəkistan yığmasının baş məşqçi Rauf İnileyev Azərbaycan millisi ilə oyunun heyətini açıqlayıb

Özbəkistan yığmasının baş məşqçi Rauf İnileyev Azərbaycan millisi ilə oyunun heyətini açıqlayıb
# 21 fevral 2007 14:40 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın millisinin martın əvvəllərində iştirak edəcəyi “Alma-TV Kuboku” turnirindəki rəqiblərindən olan Özbəkistan yığmasının baş məşqçisi Rauf İnileyev heyəti açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, R.İnileyevin turnirin iştirak ərizəsinə 25 futbolçu daxil edib.
Qapıçılar: İqnati Nesterov, Timur Curayev (hər ikisi “Paxtakor”), Pavel Buqalo (Kuruvçi). Müdafiəçilər: Asror Alikulov, İslom İnomov, İlhom Suyunov, Kəmaləddin Taciyev (hamısı “Paxtakor”), Davron Fayziyev (“Səmərqənd”), Aleksandr Nikolayev (“Aktobe”, Qazaxıstan). Yarımmüdafiəçilər: Leonid Koşelev, Anvar Soliyev, Timur Kapadze, Sərvər Ceparov, İldar Maqdeyev (hamısı “Paxtakor”), Əsgər Mühitdinov (“Buxara”), Cəsur Həsənov, Yanis Mandzukas (hər ikisi “Kuruvçi”), Mansur Səidov (“Neftçi”, Fərqanə), Hikmət Həşimov, Rüstəm Azamov (“Nasaf”), İlyas Zeytullayev (“Viçentsa”, İtaliya). Hücumçular: Cafar İrismetov (“Alma-Ata”, Qazaxıstan), Uluqbəy Bakayev (“Tobol”, Qazaxıstan), Aleksandr Heynrix (“Torpedo”, Rusiya), Vladimir Şişelov (“Alaniya”, Rusiya).
Qeyd edək ki, Özbəkistan millisində fevralın 7-də Karşı şəhərində yığmamızla keçirdiyi yoldaşlıq görüşü ilə müqayisədə yeni dəvət olunanlara misal olaraq P.Buqalo, C.Həsənov, Y.Mandzukas, Ə.Mühitdinov, M.Saidov, D.Fayzeyev, İ.Zeytullayev, A.Heynrix, V.Şişelovu göstərmək olar. Bunlardan P.Buqalov, A.Heynrix, V.Şişelov və vaxtilə “Yuventus” klubunun şərəfini qorumuş İ.Zeytullayev uzun fasilədən sonra milli komandaya çağırılıblar. Təqvimə əsasən, yığmamız Qazaxıstandakı turnirdə ilk oyununu məhz Özbəkistan millisi ilə martın 7-də keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR