Bank Of Baku

Anatoli Banişevskinin xatirə turnirində Urmiya futbolçuları da iştirak edəcəklər

Anatoli Banişevskinin xatirə turnirində Urmiya futbolçuları da iştirak edəcəklər
# 21 fevral 2007 15:16 (UTC +04:00)
“Gələcəkdə Anatoli Banişevskinin xatirəsinə keçirilən turnirlərin daha yüksək səviyyədə təşkil olunması labüddür. Əsas məqsədimiz bu turniri dahi futbolçumuzun adına layiq keçirməkdir. Yəqin ki, növbəti yarışlara əcnəbi komandaları da dəvət edəcəyik”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Məmmədhüseyn Dadaşov bildirib. Hazırda təşkilatçılarla bu haqda məsləhətləşmələr aparıldığını söyləyən M. Dadaşov növbəti turnirdə Urmiya şəhərinin yeniyetmələrdən ibarət komandasının iştirak edəcəyini vurğulayıb: “2006-cı ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və İran İslam Respublikasının Urmiya vilayətinin Bədən Tərbiyəsi İdarəsi ilə saziş protokolu imzalamışıq. Həmin protokolda komandaların yarışlara gedib-gəlməsi, birgə təlim-məşq toplantıları, həmçinin, məşqçilər mübadiləsi əksini tapıb. İndidən deyə bilərəm ki, növbəti turnirdə Urmiya şəhərinin yeniyetmələrdən ibarət komandasını görə biləcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR