Bank Of Baku

Vadim Vasilyev zədəsini sağaldıb

Vadim Vasilyev zədəsini sağaldıb
# 21 fevral 2007 15:52 (UTC +04:00)
“Karvan” klubunun hücumçuları Vadim Vasilyevlə Samir Abdulov sabah “Şahdağ” Yevlaxda keçiriləcək XVI turun oyununda meydana çıxa biləcəklər. “APA-Sport” agentliyinin məlumatına görə, artıq hər iki futbolçunun sağlıq durumlarında problemlər qaydasına düşüb və onlar bu gün keçirilən son məşq prosesində iştirak ediblər. Qeyd edək ki, V.Vasilyev hesabat turunda Bakıda “Olimpik” komandası ilə oyunda zədələnərək fasilədə əvəzlənmişdir. S.Abdulov isə hərarəti qalxdığından “Olimpik” ilə oyunda adı heç iştirak ərizəsinə daxil edilməmişdi. “Karvan” klubunun əsas meydançasında qazonla bağlı işlər hələ də tam yekunlaşmadığından “Şahdağ” ilə sabahkı görüş də yardımçı meydançada keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR