Bank Of Baku

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan: “Azərbaycan UEFA-nın qərarına təsir etməyə çalışır”

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan: “Azərbaycan UEFA-nın qərarına təsir etməyə çalışır”
# 21 fevral 2007 15:58 (UTC +04:00)
“Futbol üzrə kişilərdən ibarət milli komandamız kimi, qadın yığmamız da Azərbaycana getməlidir. Çünki UEFA-nın qaydaları bunu tələb edir. Əlbəttə, əsas millilərin oyunlarının yerinin indiyədək müəyyənləşməməsi arzu olunan deyil. İstənilən halda bizim mövqeyimiz dəyişməz qalır. Azərbaycan hökumətindən təhlükəsizliyimizə dair zəmanət alsaq, Bakıya gedəcəyik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan “Reqnum” agentliyinə müsahibəsində bildirib. EFF başçısının sözlərinə görə, Ermənistan millisi üçün oyunların harada keçirilməsinin fərqi yoxdur: “UEFA-nın nümayəndəsi bizimlə əlaqə saxlayaraq, 19 yaşlı qızların turnirinin Ukraynada keçirilməsini təklif etdi. Biz buna etiraz etmədik”. R.Ayrapetyan əsas millilərin oyunlarına da toxunub: “Əsas məsələ Azərbaycan dövlətinin təhlükəsizliyə zəmanət verməməsidir. Burada futbol ictimaiyyəti şərt irəli sürə bilməz. Çünki təhlükəsizliyə futbol funksionerləri deyil, dövlət təminat verməlidir”. R.Ayrapetyan Ermənistan dövlətinin Azərbaycan nümayəndə heyətinin İrəvanda keçirilməsi nəzərdə tutulan oyuna gəlməsi ilə bağlı şifahi və yazılı zəmanət verdiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı UEFA-nın mövqeyi də bəllidir: “Bizim dövlət Azərbaycan millisini və azarkeşlərinin İrəvana gəlməsində problem görmür. Hətta bununla bağlı UEFA-ya mövqeyimizi bildirmişik. UEFA və FİFA-nın qaydalarında göstərilib ki, hər bir yığma ev oyunlarını öz ölkəsində keçirməlidir. Dövlət rəhbərliyi də qonaq komandaların təhlükəsizliyinə təminat verməyə borcludur. UEFA İcraiyyə Komitəsinin hansı qərarı çıxaracağını təxmin belə edə bilmərəm. Azərbaycan öz marağına uyğun olaraq UEFA-nın qərarına təsir etməyə çalışır”. EFF prezidenti AFFA rəsmiləri ilə normal münasibətdə olduqlarını söyləyib: “Futbol siyasətdən uzaq olmalıdır. Təsirə məruz qalsa belə, futbolun missiyası sülhü və əmin-amanlığı təbliğ etməkdir. Amma Azərbaycan tərəfi bu məsələdə güzəştə getmir. Ona görə də son qərarı UEFA verməlidir”. R.Ayrapetyan bildirib ki, Azərbaycan və Ermənistan millilərinin reytinq cədvəlindəki mövqeləri heç də onların əsl gücünün göstəricisi deyil: “Sözsüz ki, bu oyunlar prinsipial xarakter daşıyacaq. Hələ SSRİ dövründə Qafqaz ölkələrinin iştirakı ilə keçirilən oyunlar prinsipial xarakter daşıyırdı. Fikrimcə, hazırda reytinq cədvəlində tutduqları mövqelərindən asılı olmayaraq, komandaların gücü bərabərdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR