Bank Of Baku

“Xəzər-Lənkəran” öz meydanında “Simurq” üzərində qələbə qazana bilməyib

“Xəzər-Lənkəran” öz meydanında “Simurq” üzərində qələbə qazana bilməyib
# 21 fevral 2007 16:22 (UTC +04:00)
Futbol üzrə XV Azərbaycan çempionatının XVI turuna bu gün Lənkəranda keçirilən “Xəzər-Lənkəran” “Simurq” görüşü ilə start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, 1:1 hesabı ilə başa çatan qarşılaşmada ilk qolu 65-ci dəqiqədə “Simurq”un hücumçusu Ramin Nəsibov vurub. Amma lənkəranlılar oyunun sonlarında Ceyhun Sultanovun vurduğu qolla məğlubiyyətdən yaxa qurtara biliblər. Bu, C.Sultanovun “Xəzər-Lənkəran” klubunun heyətində vurduğu ilk qol olub. Heç-heçə başa çatan görüşdən sonra “Xəzər-Lənkəran” “MKT-Araz” klubu ilə xallarını bərabərləşdirib. Hər iki komandanın hesabında 30 xal olsa da, “Xəzər-Lənkəran” birinci dövrədə “MKT-Araz” üzərində qələbə qazandığından yenidən turnir cədvəlinə başçılıq edir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR