Bank Of Baku

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub
# 22 fevral 2007 08:49 (UTC +04:00)
Qitənin ən nüfuzlu futbol turnirlərində sayılan Çempionlar Liqasında keçirilən dörd görüşlə 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Keçirilən görüşlərin heç birində meydan sahibləri qələbə qazana bilməyib. İlk oyun günündə olduğu kimi, bu dəfə də bir qələbə, üç heç-heçə qeydə alınıb.

“Barselona” (İspaniya) “Liverpul” (İngiltərə) 1:2
Deku, 14 Bellami, 43; Riise, 74.

“Roma” (İtaliya) “Lion” (Fransa) 0:0

“İnter” (İtaliya) “Valensiya” (İspaniya) 2:2
Kambiyasso, 29; Maykon, 76 David Vilya, 64; David Silva, 86.

“Portu” (Portuqaliya) “Çelsi” (İngiltərə) 1:1
Meyreleş, 12 Şevçenko, 16

1/8 final mərhələsinin cavab oyunları martın 6-da və 7-də keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR