Bank Of Baku

Azərbaycan futbolçusu Ruslan Məcidov dörd aylıq fasilədən sonra Polşanın “Vidzev” klubunun heyətində meydana çıxıb

Azərbaycan futbolçusu Ruslan Məcidov dörd aylıq fasilədən sonra Polşanın “Vidzev” klubunun heyətində meydana çıxıb
# 22 fevral 2007 09:15 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının sabiq qapıçısı Ruslan Məcidov dörd aylıq fasilədən sonra meydana çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, Polşanın “Vidzev” klubunda çıxış edən R.Məcidov ötən ilin sonuna yaxın keçirdiyi cərrahiyyə əməliyyatından sonra ilk oyununu Ukraynanın “Arsenal” komandasına qarşı keçirib. Türkiyənin Antalya şəhərində keçirilən bu yoxlama oyunu polşalıların 5:1 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal” komandası oyunda yeganə qolunu ikinci hissədə meydana daxil olan həmyerlimizin qoruduğu qapıdan keçirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR