Bank Of Baku

“Simurq” klubunun baş məşqçisi Roman Pokora Azərbaycanı tərk edib

“Simurq” klubunun baş məşqçisi Roman Pokora Azərbaycanı tərk edib
# 22 fevral 2007 09:50 (UTC +04:00)
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora hesabat turunda Lənkəranda “Xəzər-Lənkəran”la oyundan sonra Azərbaycanı tərk edib. “APA-Sport” agentliyinin məlumatına görə, ukraynalı məşqçi bu gün səhər saatlarında vətəninə yollanıb. “Simurq” komandasının ukraynalı futbolçuları Vyaçeslav Nevinski, Serhey Seleznyov, Yuri Bulıçev, Sergey Kovtunov, Mixaylo Starostyak və Vladimir Mazyar da vətənlərinə üz tutublar.
Qeyd edək ki, yüksək liqada çıxış edən klublardan ilk olaraq istirahətə çıxan “Simurq” olub. Azərbaycan kuboku uğrunda turnirdə mübarizəsini dayandıran zaqatalalılar çempionatda növbəti oyununu martın 18-də keçirəcəklər. Bu səbəbdən 10 günlük istirahətə buraxılan “Simurq” komandasının üzvləri martın 6-da bir araya gələcəklər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR