Bank Of Baku

Azərbaycan milli komandası ilə eyni turnirdə iştirak edəcək Qazaxıstan yığmasının heyəti müəyyənləşib

Azərbaycan milli komandası ilə eyni turnirdə iştirak edəcək Qazaxıstan yığmasının heyəti müəyyənləşib
# 22 fevral 2007 09:56 (UTC +04:00)
Futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Arno Paypers martın 7-dən 12-dək bu ölkənin Çimkənd şəhərində keçiriləcək “Alma-TV kuboku - 2007” turnirində iştirak etmək üçün heyətə çağırdığı futbolçuların adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, hollandiyalı mütəxəssis Azərbaycan yığmasının da mübarizə aparacağı yarışda 28 futbolçunun xidmətindən yararlanacaq.
Qapıçılar: Yuri Novikov (“Jetısu”), David Loriya (“Astana”), Jasulan Dexkanov (“Aktobe”).
Müdafiəçilər: Samat Smakov (“Kayrat”), Aleksandr Kuçma (“Astana”), Maksim Jalmaqambetov (“Astana”), Fərhadbəy İrismetov (“Tobıl”), Yeqor Azovski (“Astana”), İqor Soloşenko (“Şaxtyor”), Kayrat Utabayev (“Alma-Ata”), Muxtar Muxtarov (“Astana”), Oleq Korniyenko (“Şaxtyor”).
Yarımmüdafiəçilər: Ruslan Baltiyev (klubsuz), Nurbol Jumaskaliyev (“Tobıl”), Sergey Larin (“Alma-Ata”), Dmitri Byakov (“Astana”), Anton Çiçulin (“Astana”), Eduard Sergiyenko (“Astana”), Məqsəd Bayjanov (“Kaysar”), Jambıl Kukeyev (“Astana”), Kayrat Aşurbəyov (“Aktobe”), Dias Kamelov (“Astana”), Sergey Skorıx (“Tobıl”), Piralı Aliyev (“Astana”), Yuri Loqvinenko (“Aktobe”).
Hücumçular: Andrey Finonçenko (“Şaxter”), Murat Tleşov (“Astana”), Murat Suyumaqambetov (“Astana”).
Qeyd edək ki, Qazaxıstan və Azərbaycan yığmaları “Alma-TV kuboku -2007” turnirində martın 10-da qarşılaşacaq. Qazaxıstan millisi, həm də yığmamızın 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən biridir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR