Bank Of Baku

Ağasəlim Mircavadov: “Bakı klublarının “Xəzər-Lənkəran”a qarşı qruplaşması adi haldır”

Ağasəlim Mircavadov: “Bakı klublarının “Xəzər-Lənkəran”a qarşı qruplaşması adi haldır”
# 22 fevral 2007 11:29 (UTC +04:00)
“İndiyədək işlədiyim klubların heç birində iki oyunda beş xal itkisi ilə üzləşməmişəm. Ola bilsin, komandamda arxayınçılıq yaranıb. Sanki futbolçuların qol vurmaq həvəsi itib”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. Baş məşqçi hesabat turunda “Simurq” klubu ilə Lənkəranda keçirilmiş görüşün yalnız son 15 dəqiqəsində komandasının yaxşı oynadığını vurğulayıb: “Ancaq bu müddət ərzində xeyli qol imkanı yaratsaq da, yalnız birindən yararlandıq”. A.Mircavadov Bakı klublarının “Xəzər-Lənkəran”a qarşı birləşdikləri barədə fikirlərə inanmadığını vurğulayaraq, eyni zamanda, bu qruplaşmanı adi hal sayıb: “Bakı klublarının komandamıza qarşı qruplaşması adi haldır. Ancaq bütün bunların “Xəzər-Lənkəran”ın çıxışlarına heç bir təsiri olmamalıdır”. Təcrübəli mütəxəssis ikinci dövrəyə uğursuz başlamaları ilə bağlı toplantı keçirəcəklərini və üzləşdikləri problemlərdən çıxış yollarını müzakirə edəcəklərini qeyd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR