Bank Of Baku

İlqar Əbdürəhmanov: “Mən “Xəzər-Lənkəran”la oyundan sonra yaranan insidentdə, sadəcə, Emin Quliyevi sakitləşdirirdim”

İlqar Əbdürəhmanov: “Mən “Xəzər-Lənkəran”la oyundan sonra yaranan insidentdə, sadəcə, Emin Quliyevi sakitləşdirirdim”
# 22 fevral 2007 11:49 (UTC +04:00)
“Mənim Emin Quliyevlə dalaşmağımla bağlı deyilənlər həgiqətəuyğun deyil. “Xəzər-Lənkəran” ilə oyundan sonra yaranan insidentdə, sadəcə, Emini sakitləşdirirdim”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Simurq” klubunun müdafiəçisi İlqar Əbdürəhmanov deyib. İ.Əbdürəhmanov “Xəzər-Lənkəran” “Simurq” görüşündən sonra baş verən qalmaqalın gözlənilməz olduğunu vurğulayıb: “Lənkəranlılar xal itirdiklərinə görə, dilxor idilər. Eminlə komanda yoldaşım Ramin Nəsibov arasında insident yarandı. Bu, Raminin azarkeşlərə qarşı xoş olmayan rəftarı ilə bağlı idi. Mən də vaxtilə “Xəzər-Lənkəran” komandasında bir yerdə çıxış etdiyim Emini sakitləşdirərək, insidentin aradan qaldırılmasına çalışırdım”.
Qeyd edək ki, “Simurq” klubunun kapitanı olan İ.Əbdürəhmanov “Xəzər-Lənkəran” ilə oyunda zədəli olduğundan əsas heyətdə meydana çıxmayıb. Dabanından xəsarət alan müdafiəçinin 66-cı dəqiqədə meydana buraxılması komandanın müdafiə xəttinin gücləndirilməsi ilə bağlı olub. İ.Əbdürəhmanov hesabat turunda Lənkəranda ən yaxşı oyunlarından birini keçirdiklərini bildirib: “Xəzər-Lənkəran” ilə görüşdə qələbə qazanmalıydıq. Ancaq təəssüf ki, qələbəni son dəqiqələrdə əldən verdik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR