Bank Of Baku

Vaqif Cavadov Azərbaycan çempionatında ilk qolunu vurub

Vaqif Cavadov Azərbaycan çempionatında ilk qolunu vurub
# 22 fevral 2007 14:19 (UTC +04:00)
Bu gün futbol üzrə XV Azərbaycan çempionatının XVI turunun dörd oyunu keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, iki oyunda meydan sahibləri, ikisində qonaqlar qələbə qazanıb. Yevlaxın “Karvan” klubu öz meydanında Qusarın “Şahdağ” komandasını 3:1 hesabı ilə məğlub edib. “Karvan” komandasının qollarından ikisini ilk 10 dəqiqədə fərqlənən Elnur Məmmədov, birini isə fasilədən sonra Mətləb Məmmədov vurub. “Şahdağ”ın yeganə qolunun müəllifi isə İlqar Hüseynov olub. Ağdamın “Qarabağ” klubu Suraxanı qəsəbə stadionunda Qəbələnin “Gilan” komandası üzərində 3:2 hesablı qələbə qazanıb. Ağdamlıların heyətində Vaqif Cavadov, Kənan Kərimov və Aslan Kərimov, “Gilan”dan Samir Zərgərovla Vasif Əliyev fərqləniblər. Qeyd edək ki, bu, V.Cavadovun Azərbaycan çempionatında vurduğu ilk qol olub. “Bakı” Sumqayıtda “Gənclərbirliyi” klubunu Samir Musayevin yeganə qolu ilə məğlub edib. Bakının “Olimpik” klubu isə Tovuzda “Turan”ı 1:0 hesabı ilə məğlub edib. Oyunda vurulan yeganə qolun müəllifi braziliyalı hücumçusu Fabio Luis Ramim olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR