Bank Of Baku

Qazaxıstan Futbol Federasiyasının prezidenti Rahat Əliyev: “Azərbaycan braziliyalıları milliləşdirsə də, arzuolunan nəticə qazanmayıb”

Qazaxıstan Futbol Federasiyasının prezidenti Rahat Əliyev: “Azərbaycan braziliyalıları milliləşdirsə də, arzuolunan nəticə qazanmayıb”
# 23 fevral 2007 10:22 (UTC +04:00)
“Milli komandanın nəticələrini yüksəltmək üçün əcnəbi futbolçuların milliləşdirilməsi çətin ki, özünü doğrultsun. Əcnəbilərin milliləşdirilməsi heç də həmişə arzulanan nəticəni vermir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Qazaxıstan Futbol Federasiyasının (QFF) prezidenti Rahat Əliyev bildirib. QFF başçısı fikirlərini əsaslandırmaq üçün digər ölkələrin təcrübəsinə toxunub: “Uzağa getmək lazım deyil. Özbəkistan yığması rusiyalıları, Ermənistan afrikalıları, Azərbaycan isə braziliyalıları milliləşdirib. Amma bu ölkələrin yığmasında arzuolunan nəticə yoxdur”. R.Əliyev bildirib ki, milli komandada oyunlar vaxtı mənəvi-əzmkarlıq keyfiyyətləri, öz ölkəsi, öz bayrağı uğrunda oynamaq qabiliyyəti böyük əhəmiyyət daşıyır: “Kənardan gələn futbolçunu yalnız puldan başqa bir şey həvəsləndirə bilməz”. QFF prezidenti, həmçinin, Azərbaycanda klub futbolunun səviyyəsinin sürətlə inkişaf etdiyini də vurğulayıb.
Qeyd edək ki, Qazaxıstan millisi Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparır. Ötən ilin sentyabrında Bakıda Azərbaycanla Qazaxıstan arasında 1:1 hesabı ilə başa çatan qarşılaşmada millimizin heyətində braziliyalı legioner Andre Ladaqa fərqlənmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR