Bank Of Baku

Türkmənistan yığması Azərbaycan millisinin də iştirak edəcəyi “Alma-TV Kuboku” turnirə qatılmaqdan imtina edib

Türkmənistan yığması Azərbaycan millisinin də iştirak edəcəyi “Alma-TV Kuboku” turnirə qatılmaqdan imtina edib
# 23 fevral 2007 11:58 (UTC +04:00)
Martın 7-dən 12-dək Qazaxıstanın Çimkənd şəhərində keçiriləcək “Alma-TV Kuboku” turnirində oynamaqdan imtina edən Türkmənistanın futbol yığmasını Qırğızıstan millisi əvəzləyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, turnirin təqviminə əsasən, Qırğıstan millisi martın 7-də Qazaxıstan, martın 9-da Özbəkistan, martın 11-də isə Azərbaycan yığması ilə qarşılaşmalıdır. Komandanın baş məşqçisi Nemətcan Zakirov 25 nəfərlik heyəti martın 3-dək açıqlayacağını bildirib. Türkmənistan millisinin turnirdən imtina etməsinə səbəb ölkənin aparıcı klublarının hazırda Asiya Futbol Konfederasiyası kubokunda iştirak etməsidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR