Bank Of Baku

Usim Nduka: “Azərbaycan yığmasına çağırılacağımı gözləyirdim”

Usim Nduka: “Azərbaycan yığmasına çağırılacağımı gözləyirdim”
# 23 fevral 2007 12:46 (UTC +04:00)
“Azərbaycan yığmasına çağırılacağımı gözləyirdim. Məşqçilərin məni milli komandaya dəvət edəcəyi haqda xeyli əvvəl eşitmişdim”. Bu sözləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasına dəvət edilən “Olimpik” klubunun nigeriyalı futbolçusu Usim Nduka söyləyib. Azərbaycanı özü üçün yad ölkə hesab etməyən qaradərili müdafiəçi ona göstərilən ümidləri doğruldacağını bildirib: “Dörd ildən çoxdur Bakıdayam. Azərbaycanın adət-ənənələrinə yaxşı bələdəm. Bu səbəbdən də, Azərbaycanı özüm üçün yad ölkə hesab etmirəm. Milli komandaya çağırılmışamsa, məşqçilərin etimadını qazanmağa çalışacağam. Üzərimə düşən məsuliyyəti dərk edirəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR