Bank Of Baku

“Standard Bakı” klubunun vitse-prezidenti Rəzzaq Babayev: “Komandamızın maliyyə imkanları uzun müddət fəaliyyət göstərməyə imkan verir”

“Standard Bakı” klubunun vitse-prezidenti Rəzzaq Babayev: “Komandamızın maliyyə imkanları uzun müddət fəaliyyət göstərməyə imkan verir”
# 23 fevral 2007 14:25 (UTC +04:00)
Azərbaycan çempionatının birinci dəstəsində çıxış edən “Standard Bakı” klubu növbəti mövsümdə yüksək liqada oynamaq iddiasındadır. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda keçirdikləri mətbuat konfransında klubun vitse-prezidenti Rəzzaq Babayev bildirib. 2000-ci ilin avqustundan “Arsenal” adı ilə fəaliyyətə başlayan və çempionatın ikinci dövrəsindən “Standard Bakı” kimi çıxış edən klubun rəhbərliyi qarşıya böyük məqsədlər qoyub. R.Babayevin sözlərinə görə, klubun maliyyə imkanları uzun müddət fəaliyyət göstərməyə imkan verir: “Məqsədimiz sağlam, uğurla çıxış edən komandaya malik olmaqdır. Hazırda çıxış etdiyi qrupda ikinci olan komandamız debüt ilindəcə yaxşı çıxış edib birinci dövrəni lider kimi başa vurdu. Nəzərə almalıyıq ki, o vaxt “Arsenal” adlanan komandanın birinci dəstədə iştirak edəcəyi son anda dəqiqləşdi və komanda hazırlıqsız çempionata başlamalı oldu. Komanda yüksək liqaya çıxarsa, daha çox maliyyə vəsaiti ayıraraq heyətimizi gücləndirəcəyik. Bu məqsədlə kluba yeni legionerlər cəlb edəcəyik. Həmin vaxt klubun büdcəsini də açıqlaya bilərik. Əsas məsələ yüksək liqaya çıxmaqdır. Qalan məsələlərdə heç bir problemimiz yoxdur”. R.Babayevin sözlərinə görə, yüksək liqaya vəsiqə qazanacaqları təqdirdə, yayda yeni mövsüm öncəsi rəhbərlik səviyyəsində planlarını müzakirə etməyi planlaşdırırlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR