Bank Of Baku

AFFA rəhbərliyi Anatoli Banişevskinin məzarını ziyarət ediblər

AFFA rəhbərliyi Anatoli Banişevskinin məzarını ziyarət ediblər
# 23 fevral 2007 14:42 (UTC +04:00)
Bu gün AFFA rəhbərliyi Azərbaycanın mərhum futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət ediblər. Mərasimdə AFFA rəsmiləri ilə yanaşı, veteran futbolçular, hakimlər, hakim-inspektorlar və futbol ictimaiyyətinin digər nümayəndələri iştirak edərək məzarının önünə əklil qoyublar. AFFA-nın baş katibinin müavini Səyavuş İbrahimov, veteran futbolçulardan vaxtilə “Neftçi” klubunun heyətində A. Banişevski ilə birgə çıxış etmiş Mübariz Zeynalov və Valeri Hacıyev sabiq komanda yoldaşları haqda xatirələrini bölüşərək, mərhum futbolçunun istedadı və yüksək insani keyfiyyətləri barədə danışıblar. Akif Fəttahov isə A. Banişevskinin Azərbaycan futbolunun tarixində silinməz izlər qoyduğunu söyləyib. Tədbirin sonunda İnna Banişevskaya ailəsi adından AFFA rəhbərliyinə, futbol ictimaiyyətinə həyat yoldaşı Anatoli Banişevskinin xatirəsinin əziz tutulmasına görə minnətdarlığını bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR