Bank Of Baku

“Standard Bakı” klubunun təsisçisi Kamil Məmmədov: “Peşəkarlaşıb, nümunəvi klub olacağıq”

“Standard Bakı” klubunun təsisçisi Kamil Məmmədov: “Peşəkarlaşıb, nümunəvi klub olacağıq”
# 23 fevral 2007 15:17 (UTC +04:00)
“Biz qarşımıza yalnız komanda ilə kifayətlənməyib peşəkar klub formalaşdırmağı məqsəd qoymuşuq”. Bu sözləri “Standart Bakı” klubunun təsisçilərindən olan Kamil Məmmədov bildirib. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün təşkil edilən mətbuat konfransında K.Məmmədov yaxın vaxtlarda infrastrukturla bağlı işlərə başlanacağını söyləyib: “Öz stadionumuz və bazamızın olmağı qarşımızda duran əsas vəzifədir. Artıq bu istiqamətdə işə başlayaraq sahə axtarırıq. Bakının ətraf qəsəbələrində məskən salmaqla, həmin ərazilərdə futbolu daha da populyarlaşdırmaq, kütləviliyə nail olmaq istəyirik. Yaradacağımız fanklubun üzvlərinin elə həmin ərazi sakinlərindən ibarət olmasını istəyirik”. K.Məmmədov uşaq futboluna da diqqət verdiklərini söyləyib: “Bu məqsədlə uşaq futbol məktəbimiz olacaq. Artıq bir neçə yaş qrupunda komandalarımız var. Bu komandalara yaxşı mütəxəssislər cəlb etmişik. İkinci komandamızın olması da planda var. Əvəzedici komandada yalnız yeniyetmə futbolçulara yer verəcəyik. Bütün bunları reallaşdırmaqda məqsədimiz əsas komandanı yetişdirdiyimiz səviyyəli futbolçularla təmin etməkdir. Hər cəhətdən peşəkarlaşıb, nümunəvi klub olacağıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR