Bank Of Baku

Şakir Qəribov: “Fərid Quliyev istedadlı futbolçu olsa da, Böyükağa Hacıyevin günahı ucbatından meydana nadir hallarda çıxır”

Şakir Qəribov: “Fərid Quliyev istedadlı futbolçu olsa da, Böyükağa Hacıyevin günahı ucbatından meydana nadir hallarda çıxır”
# 23 fevral 2007 15:29 (UTC +04:00)
“Yığma komandaya dəvət etdiyim oyunçular arasında elələri var ki, klublarında adları iştirak ərizəsinə də daxil edilmir. Biz onları perspektivli olduğuna inandığımız üçün yığmaya dəvət etmişik. Klubların heyətlərində çıxış etməmələrində isə onların məşqçilərinin günahı böyükdür”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Şakir Qəribov söyləyib. Baş məşqçi “Bakı”nın hücumçusu Fərid Quliyevi misal çəkərək, onun istedadlı futbolçu olduğunu amma baş məşqçi Böyükağa Hacıyevin günahı ucbatından meydana çox az-az çıxdığını vurğulayıb. Ölkə çempionatında çıxış edən klublar arasında gənc futbolçuların say çoxluğuna görə digər komandaları qabaqlayan “Turan”dan futbolçu dəvət etməməsini Ş. Qəribov belə əsaslandırıb: “Bütün klubların AFFA-ya təqdim etdiyi sifariş ərizələrinə baxmışıq və yaşı olimpiya yığmasında çıxış etməyə imkan verən futbolçuların adlarını qeyd etmişik. Bu baxımdan “Turan”ın oyunçuları da istisna deyil. “Turan”da 1986-cı il təvəllüdlü iki futbolçu var. Bunlar Altay Süleymanovla Xəyal Qarayevdir. Ancaq bu futbolçuların oyunlarını izlədim və onların çıxışı məni qane etmədi” /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR