Bank Of Baku

21 yaşlılardan ibarət Azərbaycan yığması “Gənclərbirliyi” ilə qarşılaşacaq

21 yaşlılardan ibarət Azərbaycan yığması “Gənclərbirliyi” ilə qarşılaşacaq
# 23 fevral 2007 15:59 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası (U-21) “Gənclərbirliyi” ilə yoldaşlıq görüşü keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda millinin baş məşqçisi Şakir Qəribov bildirib. Baş məşqçinin sözlərinə görə, oyun U-21-in martın 5-dən 12-dək keçirəcəyi ilk təlim-məşq toplanışı çərçivəsində baş tutacaq: “Artıq “Gənclərbirliyi” ilə razılaşmışıq və martın 9-da və ya 11-də bu komanda ilə yoldaşlıq görüşü keçirəcəyik”. Ş. Qəribov “İnter”, “Olimpik” və “Qarabağ” klubları ilə də danışıqlar apardığını, lakin hələ konkret cavab almadığını vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR