Bank Of Baku

Vladislav Qədirov: “ABN ilə oyunda etdiyim hərəkətlərdən peşmanam”

Vladislav Qədirov: “ABN ilə oyunda etdiyim hərəkətlərdən peşmanam”
# 23 fevral 2007 16:02 (UTC +04:00)
“Hesabat turunda Bərdədə ABN klubu ilə oyunda etdiyim hərəkətlərə görə peşmanam. Məni bu hərəkətə sövq edən oyunun baş hakimi Fazil Mürşüdovun bizə qarşı qərəzli idarəçiliyi oldu”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Standard Bakı” klubunun baş məşqçisi Vladislav Qədirov bildirib. Qeyd edək ki, AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) son iclasında V.Qədirovun Bərdədəki görüşün baş hakiminin ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etdiyinə görə 4 oyun texniki zonadan kənarlaşdırılıb və 400 manat cərimələyib. Baş məşqçi bu qərar haqda xeyli sonradan xəbər tutduğunu bildirdi: “Məni iclasa çağırıb heç fikrimi də öyrənmədilər. Sonradan haqqımda belə qərar çıxarılacağını öyrəndim. Başa düşürəm, elə hərəkət etməməli idim. Ancaq baş hakimin idarəçiliyi əsəblərimi cilovlaya bilməməyimlə nəticələndi. Mürşüdov əsas vaxta 4 dəqiqə əlavə edən kimi saatımdakı saniyəölçəni işə saldım. Əlavə vaxt 12 dəqiqə çəkdi ki, bu da məni təbdən çıxardı. Hesab edirəm ki, yüksək liqa uğrunda mübarizədə əsas rəqibimizlə oyunda baş hakim nəticəyə təsir göstərərək, uduzmağımızda böyük rol oynadı”. Qeyd edək ki, V.Qədirovun cəzalanmasına baxmayaraq, klub rəhbərliyi ona yenə də etimad göstərib. Belə ki, rəhbərlik V.Qədirovun məşqçilik təhsilini artırmaq məqsədi ilə ölkə xaricinə kurslara yollamağı planlaşdırır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR