Bank Of Baku

AFFA-nın Hakim-İnspektorlar Komitəsi hesabat turunda baş hakimlərin qiymətlərini açıqlayıb

AFFA-nın Hakim-İnspektorlar Komitəsi hesabat turunda baş hakimlərin qiymətlərini açıqlayıb
# 23 fevral 2007 16:06 (UTC +04:00)
XV Azərbaycan çempionatının hesabat turunun oyunlarında idarəçiliyə görə, ən yüksək qiymət alan baş hakim FİFA referisi Vüsal Əliyev olub. “APA-Sport” agentliyinin məlumatına görə, mərkəzi oyunda “İnter” “Neftçi” görüşünə təyinat alan V.Əliyevin idarəçiliyi 8,8 balla qiymətləndirilib. Həmin oyunun hakim-inspektoru olan AFFA Hakimlər Komitəsinin baş katibi Nizami Şərifov V.Əliyevin köməkçiləri Vaqif Ayvazov 8,5 bal, Ramiz Əsədov 8,4 bal, Elvin Əsgərova 8 bal verib. Digər FİFA hakimləri Fariz Yusifovla Babək Quliyevin də hesabat turundakı idarəçiliyi yüksək qiymətləndirilib. “Qarabağ” “Gilan” görüşünü idarə edən F.Yusifov 8,7 bal, “Gənclərbirliyi” “Bakı” oyununu idarə edən B.Quliyev isə 8,5 bal alıb. Hesabat turunda baş hakim olan İmanxan Sultani ilə Ceyhun Haşımovun idarəçiliyi isə 8,4 balla qiymətləndirilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR