Bank Of Baku

“Bakı” “Xəzər-Lənkəran” görüşünün vaxtı dəyişdirilib

“Bakı”  “Xəzər-Lənkəran” görüşünün vaxtı dəyişdirilib
# 24 fevral 2007 10:05 (UTC +04:00)
Fevralın 26-da və 27-də keçiriləcək Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsinin ilk oyunları arasında “Bakı” - “Xəzər-Lənkəran” görüşü digər qarşılaşmalarla müqayisədə gec başlayacaq. Bu haqda “APA-Sport” agentliyinə “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu komandalar arasında Tofiq Bəhramov adına stadionda keçiriləcək oyunun saat 17:00-da başlanması nəzərdə tutulub. Görüşün projektor işığı altında keçirmələrinə səbəb “Xəzər-Lənkəran” ilə görüşdə stadiona daha çox azarkeşin gəlməsinə şərait yaratmaqdır. Z.Məmmədov, həmçinin bildirib ki, artıq satışa çıxarılan biletlərin qiymətləri 1 manatdan 4 manatadəkdir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR