Bank Of Baku

Ölkə Kubokunun ¼ final mərhələsinin ilk oyunlarına təyinat alan hakimlər müəyyənləşib

Ölkə Kubokunun ¼ final mərhələsinin ilk oyunlarına təyinat alan hakimlər müəyyənləşib
# 24 fevral 2007 10:08 (UTC +04:00)
AFFA Hakimlər Komitəsi fevralın 26-da və 27-də keçiriləcək Azərbaycan kuboku uğrunda ilk 1/4 final oyunlarına təyinatları açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, fevralın 26-da keçiriləcək “Bakı” - “Xəzər-Lənkəran” görüşünü FİFA hakim Fariz Yusifov idarə edəcək. F.Yusifova Azər Əsgərov, Roman Vasilyev və Elnur Muradov kömək edəcək. Digər FİFA hakimi Babək Quliyev fevralın 27-də İmişlidə “MKT-Araz” klubunun Yevlaxın “Karvan” komandası ilə görüşünün baş hakimi təyin olunub. Həmin gün Bakıda Respublika stadionunda keçiriləcək “Neftçi” “Turan” oyununun baş hakimi Azad Mütəllimov olacaq. Anar Niyazov isə fevralın 26-da Sumqayıtda “Gənclərbirliyi” komandası ilə Bakının “İnter” klubunun görüşünü idarə edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR