Bank Of Baku

Dmitri Kramarenko “Bakı” ilə görüşdə meydana çıxmayacaq

Dmitri Kramarenko “Bakı” ilə görüşdə meydana çıxmayacaq
# 24 fevral 2007 10:15 (UTC +04:00)
“Xəzər-Lənkəran” “Bakı” ilə fevralın 26-da səfərdə keçirəcəyi kubok oyununa hazırlıq məqsədi ilə bu gün Bakıya gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, “Kaiser” otelində məskunlaşan komandanın bugünkü məşqini “Ədliyyə” stadionunda keçirməsi nəzərdə tutulub. “Xəzər-Lənkəran” son məşq prosesini isə sabah “Bakı” ilə görüşəcəkləri Respublika stadionunda keçirəcək.
Qeyd edək ki, hesabat turunda “Simurq” klubu ilə görüşü kənardan izləyən “Xəzər-Lənkəran” komandasının əsas qapıçısı Dmitri Kramarenkonun sağ əlindəki zədə tam sağalmadığından ilk kubok oyununda da meydana çıxmayacağı gözlənilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR