Bank Of Baku

Fuad Əsədov: “Ermənilər üzümüzə baxıb az qalırdılar ki, ağlasınlar”

Fuad Əsədov: “Ermənilər üzümüzə baxıb az qalırdılar ki, ağlasınlar”
# 26 fevral 2007 09:34 (UTC +04:00)
“UEFA bir müddət əvvəl AFFA-ya məktub yazmışdı. Məktubda Azərbaycan və Ermənistan yığması ilə oyunların neytral meydançada keçirilməsinə dair qərar veriləcəyi təqdirdə, Azərbaycanın erməniləri hansı ölkədə qəbul edəcəyi soruşulub. Hökumət nümayəndələri, Gənclər və İdman Nazirliyi ilə birgə qərara gəldik ki, ermənilərlə qarşılaşmaları Avstriya, İsveçrə və ya Ukraynada keçirməyə hazır olduğumuzu bildirək”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın baş katibi Fuad Əsədov söyləyib. F.Əsədovun sözlərinə görə, yaxın günlərdə Azərbaycan və Ermənistanın yığmaları arasında oyunların harada keçiriləcəyi ilə bağlı hər hansı qərarın qəbul ediləcəyi gözlənilmir: “Çünki UEFA-ya prezidenti seçkiləri təzə keçirildiyindən, hazırda UEFA rəhbərliyi təşkilati işlərlə məşğuldurlar”. Qeyd edək ki, F.Əsədov fevralın 22-də İsveçrənin Cenevrə şəhərində UEFA Lisenziyalaşma Komitəsinin iclasında iştirak edib. Toplantıda Ermənistan Futbol Federasiyasının rəhbərliyi ilə görüşmədiyini qeyd edən F.Əsədov əvəzində maraqlı hadisə ilə üzləşdiyini söyləyib: “Toplantıya qatılan Ermənistan Futbol Federasiyasının Lisenziyalaşma qrupunun işçilərindən ikisi azərbaycanlı idi. Üzümüzə baxıb, az qalırdılar ki, ağlasınlar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR