Bank Of Baku

“Turan” klubunun keçmiş qapıçısı Nizami Sadıqov Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının rekordlar siyahısına daxil edilib

“Turan” klubunun keçmiş qapıçısı Nizami Sadıqov Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının rekordlar siyahısına daxil edilib
# 26 fevral 2007 09:52 (UTC +04:00)
“Turan” klubunun sabiq qapıçısı Nizami Sadıqov Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) tərtib etdiyi rekordlar siyahısına daxil edilib. “APA-Sport” agentliyinin məlumatına görə, hazırda “Neftçi” komandasında çalışan 40 yaşlı N.Sadıqovun 1993-cü ildə keçirilən Azərbaycan çempionatında martın 20-dən iyulun 7-dək 1106 dəqiqə qapısından top buraxmamağı rekord göstərici sayılıb. Hazırda 377 qapıçının yer aldığı siyahıda N.Sadıqov 19-cu yerdədir. İFFHS-in hesablamalarına görə, veteran qapıçımız bu göstərici ilə hazırda İngiltərənin “Çelsi” klubunun şərəfini qoruyan çexiyalı Peter Çexi qabaqlayır. Siyahıya düşən digər qapıçılarımızdan Cəmaləddin Əliyev (“Qarabağ”, 958 dəqiqə) 52-ci, Elxan Həsənov (“Karvan”, 943 dəqiqə) 57-ci, Dmitri Kramarenko (“Karvan”, 798 dəqiqə) 141-ci, Elşən Poladov (“Bakı”, 744 dəqiqə) 202-ci, Nadir Şükürov (“Dinamo”, 741 dəqiqə) 207-ci pilləni tutur. Ölkəmizdə çıxış edən legioner qapıçılardan “Xəzər-Lənkəran”ın sabiq belaruslu legioneri Aleksandr Martyoşkin 735 dəqiqə ilə 221-ci, hazırda “Bakı” klubunda çıxış edən seneqallı Xalidu Sissoko isə 985 dəqiqə ilə 45-ci pilləni tutur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR