Bank Of Baku

Nigeriyalı Usim Nduka 21 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb

Nigeriyalı Usim Nduka 21 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb
# 26 fevral 2007 10:21 (UTC +04:00)
“Usim Nduka 1985-ci il təvəllüdlü olduğundan, 21 yaşlılardan ibarət milli komandamızda çıxış edə bilməz. Usim əvvəllər Azərbaycan yığmasında oynamaq istədiyini bildirmişdi. Onu olimpiya yığmamızda yoxlamaq üçün heyətə cəlb etmişdilər”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın baş katibi Fuad Əsədov bildirib. Baş katibin sözlərinə görə, qaydalara əsasən, 21 yaşlılardan ibarət yığmaya 1986-cı il yanvarın 1-dən sonra anadan olanlar çağırıla bilərlər: “İlkin heyətə çağırılan bütün futbolçuların pasportlarına baxılacaq. Bəlkə digərləri də heyətdən çıxarılacaq? Ndukaya gəlincə, baş məşqçi onu heyətə cəlb edəndə pasportuna baxmayıb”. Heyətə cəlb edilən digər nigeriyalı Əhməd Ticaniyə gəlincə, XV Azərbaycan çempionatının iştirak ərizəsində onun anadan olduğu tarix 1987-ci il kimi göstərildiyindən, olimpiya yığmamızda oynaya bilər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR