Bank Of Baku

“Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Rəşad Kərimov müayinə olunmaq üçün sabah Türkiyəyə yollanacaq

“Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Rəşad Kərimov müayinə olunmaq üçün sabah Türkiyəyə yollanacaq
# 26 fevral 2007 12:23 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun 20 yaşlı yarımmüdafiəçisi Rəşad Kərimov sabah Türkiyəyə yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, futbolçunun qonşu ölkəyə səfərində əsas məqsəd türkiyəli həkim Mehmet Binnətin Ankaradakı şəxsi klinikasında müayinə olunmaqdır. R.Kərimov “Xəzər-Lənkəran” komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ikinci hazırlıq prosesində Serbiyanın “Partizan” klubu ilə keçirdiyi yoxlama oyununda dizindən ciddi xəsarət alıb. “Xəzər-Lənkəran” klubunun təcrübəli həkimi Boris Xetaqurov futbolçunu müayinə etdikdən sonra onu yaxşı tanıdığı türkiyəli həmkarının yanına göndərməyi qərara alıb. M.Binnət yarımmüdafiəçini müayinə etdikdən sonra onun əməliyyat olunub-olunmamağı haqda qərar verəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR