Bank Of Baku

“İnter” Azərbaycan kubokunun 1/4 final mərhələsinə qələbə ilə başlayıb

“İnter” Azərbaycan kubokunun 1/4 final mərhələsinə qələbə ilə başlayıb
# 26 fevral 2007 14:36 (UTC +04:00)
Azərbaycan kuboku uğrunda ilk 1/4 final oyunlarına bu gün Sumqayıtda keçirilən “Gənclərbirliyi” “İnter” görüşü ilə start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilmiş qarşılaşma “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaq komanda qələbəni hücumçuları Elşən Məmmədov ilə litvalı legioner Valdas Trakisin vurduğu qollarla qazanıb. Qeyd edək ki, meydan sahibləri oyunu azlıqda başa vurub. Görüşün baş hakimi Anar Niyazov “Gənclərbirliyi” klubunun hücumçusu Fəqan Şahbazova ikinci sarı vərəqə göstərərək, onu meydandan çıxarıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR