Bank Of Baku

Ağasəlim Mircavadov: “21 yaşlılardan ibarət yığma komandaya əcnəbilərin dəvət edilməsinə çox pis baxıram”

Ağasəlim Mircavadov: “21 yaşlılardan ibarət yığma komandaya əcnəbilərin dəvət edilməsinə çox pis baxıram”
# 27 fevral 2007 07:34 (UTC +04:00)
“21 yaşlılardan ibarət milli komandaya əcnəbilərin dəvət edilməsinə çox pis baxıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. A.Mircavadovun sözlərinə görə, əsas milliyə oyunçu hazırlayan 21 yaşlılardan ibarət yığma komandaya əcnəbilərin çağırılması gələcəkdə azərbaycanlı futbolçuların millidəki çıxışlarını sual altında qoyacaq: “Bilirsiniz, əgər 21 yaşlılardan ibarət yığmaya əcnəbiləri dəvət ediriksə, onda gənc futbolçuların oynaması nəyə lazımdır? Aşağı yaş qrupları üzrə millilər əsas yığma üçün çıxış edirlər. O cümlədən də, 21 yaşlılardan ibarət yığma komanda”. Qeyd edək ki, “Xəzər-Lənkəran” klubundan 21 yaşlılardan ibarət yığmaya yalnız qapıçı Kamran Ağayev dəvət edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR