Bank Of Baku

Valentin Xodukin: “Bolqarıstana məcburiyyətdən yollanırıq”

Valentin Xodukin: “Bolqarıstana məcburiyyətdən yollanırıq”
# 27 fevral 2007 08:03 (UTC +04:00)
“Komandamızın Bolqarıstanın Albena şəhərində hazırlıq keçməsinin təşəbbüskarı mən olmuşam. Klubun bolqarıstanlı prezidenti Georgi Nikolov da Albenaya yollanmağa razılığını verib”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin bildirib. Ukraynalı çalışdırıcının sözlərinə görə, komandası “Gənclərbirliyi” ilə martın 4-də keçiriləcək Azərbaycan Kuboku uğrunda təkrar 1/4 final oyunundan dərhal sonra səfərə çıxacaq: “Martın 4-də Azərbaycanı tərk edəcəyik. Albenaya İstanbuldan təyyarə ilə yox, avtobusla yollanmağı nəzərdə tutmuşuq. Bolqarıstana məcburiyyətdən yollanırıq. Çünki “Şəfa” İdman-Sağlamlıq Mərkəzi çempionatda yaranacaq fasilə müddətində təmirə bağlanacağından bu arenada hazırlıq keçə bilməyəcəyik”. V.Xodukin Albenada hazırlıq prosesinin yalnız məşqlər üzərində quraraq, yoxlama oyunu keçirməyin nəzərdə tutulmadığını bildirib. “İnter” Bakıya martın 14-də qayıdacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR