Bank Of Baku

Sabah AFFA-da Məşqçilər Şurasının iclası keçiriləcək

Sabah AFFA-da Məşqçilər Şurasının iclası keçiriləcək
# 27 fevral 2007 08:12 (UTC +04:00)
Sabah Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mənzil-qərargahında Məşqçilər Şurasının iclası keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. Baş məşqçinin sözlərinə görə, iki gün əvvəl “Xəzər-Lənkəran” klubunun ofisinə Məşqçilər Şurasının iclasına çağırılması barədə faks daxil olub. A. Mircavadov faksla tanış olduqdan sonra təəccübləndiyini bildirib: “Faksı oxuyub məəttəl qaldım. Sən demə, bizdə Məşqçilər Şurası varmış. Mən bunu heç bilmirdim”. 60 yaşlı mütəxəssis Məşqçilər Şurasının iclasında yığma komandalarımıza əcnəbi futbolçuların çağırılmasının əleyhinə çıxış edəcəyini bildirib: “İclasda iştirak edib öz təklif və iradlarımı bildirəcəyəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR