Bank Of Baku

Nazim Əliyev 19 yaşlılardan ibarət Azərbaycan yığmasına məşqçi gətirilir

Nazim Əliyev 19 yaşlılardan ibarət Azərbaycan yığmasına məşqçi gətirilir
# 27 fevral 2007 09:01 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının sabiq baş məşqçisi Nazim Əliyev 19 yaşlılardan ibarət milli komandada işləmək təklifi alıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Nazim Əliyevin sözlərinə görə, aldığı təklif yaxın vaxtlarda rəsmiləşməlidir: “Təyinatımın martda reallaşacağı haqda məlumat almışam. Klublarda da işləmək variantı var idi. Ancaq yığmadan aldığım təklif daha realdır. 19 yaşlılardan ibarət yığma komandada Arif Əsədovun köməkçisi işləyəcəm”.
Qeyd edək ki, 44 yaşlı N.Əliyev ötən ilin mayında 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi postundan uzaqlaşandan sonra işsiz qalıb. 19 yaşlılardan ibarət yığma komandada isə məşqçi postu vakant qalıb. Belə ki, A.Əsədovun köməkçisi işləmiş Rafiq Mirzəyev hazırda 21 yaşlılardan ibarət yığmada baş məşqçi Şakir Qəribovun köməkçisidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR