Bank Of Baku

Ağasəlim Mircavadov: “Edmond N”™Tiamoanın ayaqları, qarın əzələləri, sürətə dözümlülüyü zəifdir”

Ağasəlim Mircavadov: “Edmond N”™Tiamoanın ayaqları, qarın əzələləri, sürətə dözümlülüyü zəifdir”
# 27 fevral 2007 09:01 (UTC +04:00)
“Fransalı Edmond N”™Tiamoanın komandamıza həddən artıq yüksək məbləğə başa gəldiyi barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu futbolçu üçün böyük məbləğdə vəsait xərcləməmişik”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. Onun sözlərinə görə, 26 yaşlı fransız futbolçu “Simurq” ilə qarşılaşmanın ikinci hissəsində meydana çıxsa da, yaxşı təsir bağışlamayıb: “Edmond hələ hazır deyil. Bizdə oyunçuların hazırlığını yoxlamaq üçün xüsusi testlər var. N”™Tiamoa iki əsas testdə çox zəifdir. Ayaqları, qarın əzələləri, sürətə dözümlülüyü zəifdir. Amma onun mövqe seçimi, zahiri görünüşü futbolçuya uyğundur”. Qeyd edək ki, Qana əsilli fransız hücumçu Edmond N”™Tiamoa qış transfer pəncərəsinin bağlanmasına iki gün qalmış İsveçrənin “Lütsern” klubundan “Xəzər-Lənkəran”ın heyətinə cəlb olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR