Bank Of Baku

Böyükağa Hacıyev: “Şakir Qəribov savadlı məşqçidirsə, gedib öz komandasını düzəltsin”

Böyükağa Hacıyev: “Şakir Qəribov savadlı məşqçidirsə, gedib öz komandasını düzəltsin”
# 27 fevral 2007 09:48 (UTC +04:00)
“Şakir Qəribov savadlı məşqçidirsə, oyunçu seçimi güclüdürsə, gedib rəhbərlik etdiyi 21 yaşlılardan ibarət yığma komandasını düzəltsin”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev söyləyib. B.Hacıyev bildirib ki, başçılıq etdiyi komanda Fərid Quliyev kimi futbolçu ilə uğur qazana bilməz: “Bu gün klub rəhbərliyi məndən nəticə istəyir. Fəridlə uğurlu nəticəyə doğru gedə bilmərəm. 21 yaşlılardan ibarət milli komandada “as”lar oynayıb uduzurlar. Görün, Fərid oynasa, nə biabırçılıq olar? Bu futbolçu milli çempionatın ilk dövrəsində, həmçinin, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turnirində yetərincə oynayıb. Hazırda Fərid əsas heyətə düşə bilmirsə, bu, mənim problemim deyil. Qəribov hansı oyunçunu heyətə buraxmağıma müdaxilə etməkdənsə, öz işi ilə məşğul olsa yaxşıdır. “Bakı” komandasında kimin oynayıb-oynamayacağı mənim işimdir. Məgər, mən onlara sual verirəm ki, Mahmud Qurbanov kimi güclü futbolçu niyə millidən kənarda qalıb?”
Qeyd edək ki, az öncə Ş.Qəribov milli komandaya cəlb etdiyi Fərid Quliyevin “Bakı” klubunun heyətində nadir hallarda meydana çıxmasına görə, Böyükağa Hacıyevi günahlandırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR