Bank Of Baku

Azərbaycan milli komandasına daha iki legioner futbolçu cəlb ediləcək

Azərbaycan milli komandasına daha iki legioner futbolçu cəlb ediləcək
# 27 fevral 2007 10:12 (UTC +04:00)
Azərbaycan yığma komandasına daha iki yeni legioner futbolçu cəlb ediləcək. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” klubunun şərəfini qoruyan serbiyalı Branimir Subaşiçlə “Karvan” komandasının şərəfini qoruyan braziliyalı Markus Fereyra milli komandamızın formasını geyinmək şansı qazanıb. Milli komandanın baş məşqçisi Şahin Diniyev isə “APA-Sport” agentliyinə açıqlamasında bu futbolçuların xidmətindən yararlanmaq istədiyini təsdiqləyib: “Subaşiçlə Fereyranı yığmada sınamaq istəyirəm. Milli komandada hər mövqedə oyunçuya ehtiyacımız var. Subaşiçin dövrələrarası fasilədə Antalyada təlim-məşq toplanışında oyununu izləmişəm. Fereyranın oyununa baxmaq üçün İmişlidə “MKT-Araz” “Karvan” görüşünü izləyəcəyəm”. Milli komandanın heyətinin martın 1-də açıqlayacağını söyləyən Ş.Diniyev martın 7-də Qazaxıstanın Çimkəndə şəhərində start götürəcək “Alma TV Kuboku” turnirində B.Subaşiçlə M.Fereyranın yığmaya cəlb edəcəyini istisna etməyib.
Qeyd edək ki, sabah AFFA-da keçiriləcək Məşqçilər Şurasının iclasında Ş.Diniyev milli komandada futbolçuları olan klubların məşqçiləri ilə fikir mübadiləsi aparacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR