Bank Of Baku

Şahin Diniyev: “Rəşad Kərimov zədəli olmasaydı, onu yığmaya dəvət edəcəkdim”

Şahin Diniyev: “Rəşad Kərimov zədəli olmasaydı, onu yığmaya dəvət edəcəkdim”
# 27 fevral 2007 10:35 (UTC +04:00)
Azərbaycanın futbol yığma komandasının baş məşqçisi Şahin Diniyev “Xəzər-Lənkəran” klubunun 20 yaşlı yarımmüdafiəçisi Rəşad Kərimovu “Alma TV Kuboku” turnirinə aparmağı planlaşdırıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Şahin Diniyevin sözlərinə görə, futbolçunun zədəli olması onun planlarını pozub: “Rəşad Kərimovu Qazaxıstandakı turnirdə sınamaq fikrim var idi. Onun “Neftçi” və “Simurq” komandaları ilə görüşlərində oyununu izləmək istədim. Ancaq Rəşad zədəli olduğundan bu qarşılaşmalarda meydana çıxa bilmədi”.
Qeyd edək ki, R.Kərimov Ş.Diniyevin hələ 2005-ci ilin noyabrında Azərbaycanın milli komandasına baş məşqçi təyin olunmasından bir ay sonra açıqladığı heyətdə yer almışdı. Ancaq həmin vaxtdan zədə probleminə görə əksər hallarda meydandan kənar qalan “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi bu səbəbdən Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasına də dəvət edilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR