Bank Of Baku

Branimir Subaşiç: “Azərbaycan yığmasına çağırılacağım barədə eşitmişdim”

Branimir Subaşiç: “Azərbaycan yığmasına çağırılacağım barədə eşitmişdim”
# 27 fevral 2007 11:32 (UTC +04:00)
“Azərbaycanın milli komandasında böyük məmnuniyyətlə çıxış edərəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun 25 yaşlı hücumçusu Branimir Subaşiç deyib. Serbiyalı B.Subaşiçin sözlərinə görə, milliləşdirilib Azərbaycan yığmasının heyətində oynamasında problem yoxdur: “Serbiyada aşağı yaş qruplarından ibarət milli komandalarda forma geyinmişəm. Ancaq 21 yaşlılardan ibarət yığmada oynamamışam. Bildiyimə görə, belə olan halda, başqa ölkənin yığmasında çıxış etmək olar. Serbiya millisində hücum xəttində rəqabət böyük olduğundan, ölkəmdən dəvət alacağımı real saymıram. Azərbaycan yığmasından gələn təklifi isə canla-başla qəbul edərəm. Millinin baş məşqçisi Şahin Diniyevlə bununla bağlı söhbətim olmayıb. Ancaq eşitmişəm ki, məni Azərbaycan yığmasına çağırmaq istəyirlər”. Qeyd edək ki, Azərbaycan Avropa çempionatının seçmə qrup mərhələsində Serbiya ilə eyni qrupda mübarizə aparır. B.Subaşiç həmyerlilərinə qarşı daha yaxşı oynayacağını bildirib: “Millidə çıxış etsəm, Serbiyaya qarşı da oynayacağam. Bu qarşılaşmada həmyerlilərimə özümü göstərərək, onların qapısına yol tapmağa çalışacağam”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR