Bank Of Baku

Fariz Yusifov: “Beynəlxalq oyunlara göndərilməməyim mənim səlahiyyətimdə deyil”

Fariz Yusifov: “Beynəlxalq oyunlara göndərilməməyim mənim səlahiyyətimdə deyil”
# 27 fevral 2007 11:48 (UTC +04:00)
“Beynəlxalq turnirlərə göndərilməməyim mənim səlahiyyətimdə deyil. Təyinatı AFFA-nın Hakimlər Komitəsi müəyyənləşdirir”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında beynəlxalq dərəcəli hakim Fariz Yusifov bildirib. FİFA hakiminin sözlərinə görə, 2007-ci ilin ilk altı ayı ərzində beynəlxalq oyunlara təyinatı nəzərdə tutulub: “Ötən ilin sonlarında Hakimlər Komitəsi mənimlə bağlı FİFA-ya müraciət edib. FİFA Hakimlər Komitəsindən AFFA-ya göndərilə faksda 2007-ci ilin birinci yarısında mənə təyinat veriləcəyi nəzərdə tutulub. Mənim ikinci dəfə təqdimatımı göndərdiyinə görə, AFFA rəhbərliyinə və Hakimlər Komitəsinə təşəkkür edirəm. Yəqin ki, qarşıdakı beynəlxalq yarışlarda mənə təyinat göndəriləcək”. F.Yusifov martın əvvəllərində Qazaxıstanda keçiriləcək “Alma Tv Kuboku” turnirinə yollanmamasına da aydınlıq gətirib: “Vüsal Əliyev Moldova və Malta milli komandaları arasında Avropa çempionatının seçmə qrup oyununa baş hakim kimi təyin olunmasaydı, bəlkə də bu turnirə azərbaycanlı hakimlərdən başqası da göndərilə bilərdi. Fikrimcə, bu yarışa göndərilməsi Vüsal üçün bir təcrübə olacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR