Bank Of Baku

“Alma-TV Kuboku” turnirində Azərbaycanın rəqibi olacaq Qırğızıstan yığmasının heyəti açıqlanıb

“Alma-TV Kuboku” turnirində Azərbaycanın rəqibi olacaq Qırğızıstan yığmasının heyəti açıqlanıb
# 27 fevral 2007 11:52 (UTC +04:00)
“Alma-TV Kuboku” turnirində Azərbaycanın rəqibi olacaq Qırğızıstanın futbol yığmasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Qırğızıstan millisinin baş məşqçisi Nemətcan Zakirovun açıqladığı ilkin heyətdə cəmi üç klubun oyunçuları yer alıb. Bunlar yerli “Abdış-Ata”, “Aviator” və Azərbaycan çempionu “Bakı”nın “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi “Dordoy-Dinamo” klubudur.
Qapıçılar: Valeri Kaşuba, Vladislav Volkov (hər ikisi “Dordoy-Dinamo”). Müdafiəçilər: Vyaçeslav Amin, Gldar Quliyev, Bakıt Mamatov, Pavel Otrepyev (hamısı “Abdış-Ata”), Ruslan Sıdıkov, İqor Kudrenko, Davron Əskərov, Talant Samsəliyev (hamısı “Dordoy-Dinamo”). Yarımmüdafiəçilər: Vadim Xarçenko, Artyom Mulacanov, Roman Ablakimov, Valeri Berezovski (hamısı “Dordoy-Dinamo”), Timur Vəliyev, Ruslan Cəmşidov (hər ikisi “Aviator”), Xurşud Lütfullayev, Rüstəmcan Zakirov, Vladimir Kalyubin, Vladimir Kasyan (hamısı “Abdış-Ata”). Hücumçular: Roman Kornilov (“Dordoy-Dinamo”), Anton Zemlenuxin, Almaz Mirzəliyev (hamısı “Abdış-Ata”).
Qeyd edək ki, Qırğızıstan millisi ilk oyununu martın 7-də yığmamıza qarşı keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR