Bank Of Baku

Azərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib

Azərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib
# 03 aprel 2008 20:03 (UTC +04:00)
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Azərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib. AFFA-nın baş katibi Elxan Məmmədovun “APA-Sport”a verdiyi məlumata görə, AFFA rəhbərliyi ilə B. Foqts arasında müqavilə Almaniyanın Münhen şəhərində imzalanıb. Müqaviləni Azərbaycan tərəfindən AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb. Müqavilənin maddi dəyərini açıqlamayan baş katib bildirib ki, almaniyalı məşqçi ilə bu gündən etibarlı sayılan müqavilə 2009-cu il dekabrın 31-nə qədər qüvvədə olacaq. Müqaviləyə əlavə olunmuş xüsusi şərt isə B. Foqtsun hər ayın ən azı iki həftəsini Azərbaycanda keçirməsinin mütləqliyi ilə bağlıdır. Baş katib bu şərtin daxil edilməsinin səbəbini Azərbaycan milli komandasının əsasən daxili çempionatda oynayan futbolçulardan ibarət olması ilə izah edib. E. Məmmədov əlavə edib ki, B. Foqtsun ölkəyə ilk səfəri bu il aprelin 13-16-da baş tutacaq. Bu zaman o, ölkənin idman ictimaiyyətinə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR