2024-cü ildə Azərbaycanda 51 beynəlxalq yarışın təşkili planlaşdırılır.
Apasport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
İlk yarış 7‐11 fevralda Bakıda keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli badminton turniri olacaq.
İlə dekabrda 15 və 17 yaşadək idmançılar arasında sərbəst və yunan‐Roma güləşi üzrə turnirlə yekun vurulacaq.