Avropa Oyunlarında taekvondo yarışlarının son gününün püşkü atılıb

Avropa Oyunlarında taekvondo yarışlarının son gününün püşkü atılıb
# 25 iyun 2023 19:20 (UTC +04:00)

Polşada keçirilən Avropa Oyunlarının taekvondo yarışlarında son günün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, iyunun 26-da dayanq üzərinə çıxacaq Azərbaycan millisinin idmançısı Taleh Süleymanovun (87 kq) da ilk rəqibləri bəlli olub.

O, 1/8 finalda yunanıstanlı Aleksander Baçmanla üz-üzə gələcək. Taekvondoçumuz mərhələ adlayacağı halda Raul Qarsiyaya (İspaniya) rəqib olacaq.

Qeyd edək ki, milli komandamızın hesabında hələlik 2 medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafat əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR