Bank Of Baku

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb
# 28 iyul 2023 14:04 (UTC +04:00)

Düşənbədə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, Azərbaycan, Özbəkistan, Tacikistan və Qazaxıstanın 155 idmançısının qatıldığı yarışda millimizin üzvləri 4 medal qazanıblar.

Məşqçilər Ayaz Baxşıyevlə Zaur Məmmədovun rəhbərlik etdiyi komandada Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) gümüş, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) bürünc medala yiyələniblər.

Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.

Qeyd edək ki, boksçularımız Bakıya bu gün qayıdacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR