Bank Of Baku

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb
# 09 iyul 2023 18:44 (UTC +04:00)

Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

Federasiyadan APA-ya verilən məlumata görə, Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.

Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, yığma iyulun 10-da Bakıya qayıdacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR