Bank Of Baku

Azərbaycan boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Azərbaycan boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb
# 25 iyul 2023 11:23 (UTC +04:00)

Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 54 kq çəkidə mübarizə aparan idmançı 1/8 finalda şotlandiyalı Yakub Naismiti məğlub edib.

Yığma üzvü 3:0 (28:28, 30:26, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mirboran Yıldırımla (Türkiyə) qüvvəsini sınayacaq. Görüş iyulun 27-də olacaq.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin beşinci günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR