Azərbaycan boksçusu Avropa Oyunlarında 1/4 finala yüksəlib - FOTOLENT

Azərbaycan boksçusu Avropa Oyunlarında 1/4 finala yüksəlib - FOTOLENT
# 26 iyun 2023 22:23 (UTC +04:00)

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarına ikinci döyüşünü keçirib.

Apasport.az saytının məlumatına görə, ilk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdıran idmançı 1/8 finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib.

Qarşılaşma Allahverdiyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

O, 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR