Azərbaycan boksçusu Avropa Oyunlarında 1/8 finala vəsiqə qazanıb

Azərbaycan boksçusu Avropa Oyunlarında 1/8 finala vəsiqə qazanıb
# 25 iyun 2023 16:26 (UTC +04:00)

Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə qoşulub.

Apaspoort.az saytının məlumatına görə, 71 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 final çərçivəsində Mixal Takacslə (Slovakiya) üz-üzə gəlib.

Döyüş Əliyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu aktivinə yazan dünya çempionatının mükafatçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.

O, 1/8 finalda gürcüstanlı Əsgər Madiyevlə döyüşəcək. Görüş iyunun 27-də olacaq.

Qeyd edək ki, bu gün daha 1 boksçumuz yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92 kq) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR